Bu gün 8 aprel tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti muzeyində 31 mart- Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş konfrans keçirilmişdir.
QafqazTürk Media xəbər verir ki, Konfransda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Səfirlik nümayəndələri, Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndəsi, ekspertlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev konfransda çıxış edib.
O, Gürcüstanın Azərbaycana göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
“Gürcüstan və Azərbaycan arasında dostluğun bariz nümunədir. Biz sözdə deyil, əməldə dostuq. Bunu da hər addımımızda sübut edirik. Güclü Azərbaycan güclü Gürcüstan deməkdir.
Azərbaycanda da bu cür konfranslar keçirilir, bizim dəyərli gürcü dostlarımız orada iştirak edirlər. Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransda Quram Marxuliya iştirak etdi. Bu ilin dekabrında yenidən konfrans keçiriləcək. Bu da onu göstərir ki, Gürcüstan Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstək olur.
Bu gün artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına addım-addım yaxınlaşırıq. 17 vacib bənd üzərində anlaşma var.
Gürcüstana 2021-ci ildə mina xəritələri ilə bağlı vasitəçilik təşəbbüsünə, 2022-ci ildə Xarici İşlər Nazirliyinin görüşü burada keçirildi, 2023-cü ildə üç ölkə nazirləri tədbir keçirdilər. Bu Gürcüstanın yaratdığı sülh məramının davam etdiyini göstərir. Qərbi Azərbaycanda görüşmək ümidi ilə”, – səfir çıxışını bu şəkildə tamamlayıb.
Konfransda 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film nümayiş etdirilib.
Konfransda panel müzakirələr özünə yer tapıb. Gürcü ekspertlər mövzu ilə bağlı düşüncələrini bölüşüblər.
Bunlarla yanaşı, Qərbi Azərbaycanın tarixi reallıqlarını əks etdirən sənədli film nümayiş etdirilib.
Daha ətraflı məlumat üçün video-süjetlərimizi izləyə bilərsiniz.