This is a specific ad

Miqrant qayığının batması nəticəsində 12 nəfər dünyasını dəyişib

255

Another advertisement

La-Manş boğazında miqrant qayığının batması nəticəsində 12 nəfər dünyasını dəyişib..

QafqazTürk Media xəbər verir ki, bu barədə Fransanın yerli prokurorluğu və sahil mühafizəsi məlumat yayıb.

Fransa sahillərində miqrant qayığının çevrilməsi nəticəsində  12 nəfər həlak olub. Bunlardan 10-u qadın və 2-si kişidir. Ölənlər arasında 6 uşaq və bir hamilə qadın var.

Fransa Sahil Mühafizəsinin verdiyi məlumata görə, Kale Bulon-Sur-Mer yaxınlığındakı Qris-Nez burnu yaxınlığında 50-dən çox insan xilas edilib. Sağ qalanlardan ikisinin vəziyyəti ağırdır.

Əldə olan məlumata əsasən, qayığa həddən artıq yük ağırlığı düşüb , nəticədə onun aşağı hissəsi “partlayıb” və qayıqda olan yalnız 8 nəfərdə xilasedici jiletlər olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Milli Ekologiya Agentliyindən əhaliyə xəbərdarlıq…
Öncəki yazı
Abxaziya MR hökumətinin sədri vəzifəsinə Levan Mqaloblişvilinin namizədliyi irəli sürülüb