Another advertisement
Gürcüstandan avtomobillərin ixracı 316% artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata əsasən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövründəki 191,001 milyon dollarla müqayisədə 795,005 milyon dollar dəyərində avtomobil ixrac edilib. Bu son zamanların rekordudur.
Minik avtomobillərinin re-eksport edildiyi ilk 10 ölkə:
- Azərbaycan – 189,187 milyon dollar
- Qazaxıstan – 186,788 milyon dollar
- Qırğızıstan – 181,780 milyon dollar
- Ermənistan – 149,115 milyon dollar
- Rusiya – 41,367 milyon dollar
- Tacikistan – 13 000 milyon dollar
- Belçika – 11 042 milyon dollar
- Birləşmiş Ərəb Əmirlikləri – 6,154 milyon dollar
- Ukrayna – 5,245 milyon dollar
- Türkiyə – 3,105 milyon dollar
İdxala gəldikdə isə Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Gürcüstan 1,015 milyard dollarlıq avtomobil idxal edib ki, bu da rekord göstəricidir.