This is a specific ad

Min bir dərdin dərmanı – Bəhməzin insan orqanizminə faydaları

200

Another advertisement

Üzüm, tut, xurma, keçibuynuzu və küknar ağacından hazırlanan bəhməz daha çox şəfalı qida kimi istifadə olunur. Bəhməzi min bir dərdin dərmanı da saymaq olar. Ancaq bəhməzin faydalarından xəbərsiz olub, onu sevməyənlər də var. Bəhməzin faydalarını bildikdən sonra onu sevmədiyiniz üçün peşman olacağınıza əminik.

Şəkər tozundan fərqli olaraq bəhməz az enerjilidir, üstəlik qida dəyəri yüksəkdir. Tərkibində kalsium, maqnezium, dəmir, fosfor, potasium, soda və mis kimi minerallar, eyni zamanda B1, B2 və niasin vitaminləri var.

Bəhməzin faydaları:

– Bədən gücünü artırır
– İmmuniteti gücləndirir
– İltihabın qarşısını alır
– Qaraciyəri təmizləyir
– Qan təzyiqini tənzimləyir
– Öskürəyi kəsir
– Xəstəsinizsə, sağalma müddətini sürətləndirir
– Enerji verir
– Dəmir, kalsium, potasium, maqnezium, manqan və mis baxımından zəngin olması səbəbindən sümükləri qoruyur.
– Mədə və həzm sistemi problemlərinə qarşı məsləhətli təbii vasitələrdəndir.

Bəhməzin əsas faydası onun dəmirlə zəngin olmasındadır. Tərkibində dəmir olan hemoqlobin tənəffüs hüceyrələrinə oksigenin daşınmasını təmin edir. Hüceyrələrin oksidləşməsi və hərəkəti dəmirdən asılıdır. Sağlam və enerjili olmaq üçün dəmirə daha çox ehtiyacımız var. Bunun üçün daha təbii və sağlam qidalar yeməliyik. Hər gün 1-2 çay qaşığı bəhməz yemək dəmir qəbulu baxımından xeyli faydalıdır.
Kalsiumun əsas qaynağı süd və süd məhsulları olsa da, bəhməzin tərkibindəki kalsium da çox əhəmiyyətlidir. Kalsium diş və sümüyün formalaşmasında çox önəmlidir. Əzələlərin sıxılmasında, qanın laxtalanmasında da kalsium xüsusi rol oynayır.

Bəhməzin tərkibində fitoestrogenlər kimi, təbii kimyəvi maddələr də mövcuddur. Fitoestrogenlər vücudumuza dəstək olur. Qadınların menopauza dönəmində istilik basması hallarının azalmasına kömək edir. Menopauza dönəmindən öncə qadınlarda döş və süd vəzi xərçəngi riskini azaldır. Sümük, beyin, ürək, damar kimi digər orqanlara müsbət təsir göstərir. Xolesterolu azaldır, damar sərtləşməsini, osteoporozu önləyir.

Bəhməz hər zaman, hər yaşda istifadə edilməlidir. Səhər acqarına bir qaşıq yeyin, ya da ilıq suya qatıb için. Yağla bəhməzi qarışdıraraq, çörəyin üstünə yaxıb uşaqlara verə bilərsiniz, ya da suya qarışdırıb içirə bilərsiniz. Şirniyyatların hazırlanmasında da bəhməzdən istifadə etmək olar. 

Mənbə: e-tibb.az

Sonrakı yazı
Çin ən çox əhalisi olan ölkə titulunu itirir
Öncəki yazı
Türkiyədə məsciddən çıxanlara atəş açıldı