This is a specific ad

Milli Ətraf Mühit Agentliyi: “Qara dənizin suyunun keyfiyyəti yenə də…”

94

Another advertisement

Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi tərəfindən iyulun 6 və 10-da aparılmış monitorinqlərin nəticələrinə əsasən, Qara dəniz suyunun nümunələrində müəyyən edilmiş 59 parametrin dəyərləri norma daxilindədir.

Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda kimyəvi parametrlərin, o cümlədən 13 ağır metal, neftin ümumi karbohidrogenləri və digər fiziki-kimyəvi parametrin konsentrasiyasının müəyyən edildiyi deyilir.

“Məlum olduğu kimi, Milli Ətraf Mühit Agentliyi artıq 10 gündə bir dəfə, 9 stansiyada Qara dənizin suyunun keyfiyyətinə dair monitorinq aparır və iyulun 10-dan etibarən stansiyaların sayı artaraq, Anaklia-Qanmuxuri ərazisində 3 məntəqə əlavə edilib.

Alınan nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunmuş, müasir tələblərə və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizləri üzrə akkreditə olunmuş laboratoriyasına göndərilir.

Maraq olması halında göstəricilər açıq və şəffafdır” – deyə agentliyin məlumatında qeyd olunub.

Sonrakı yazı
Peter Fişer: “Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini dəstəkləyirik, bu yolda uğur qazanacağıq”
Öncəki yazı
Ermənistan XİN başçısı: “Türkiyə ilə danışıqları davam etdirməyin vaxtıdır”