This is a specific ad

Milli valyutamız olan lari haqqında nə bilirik?-Larinin tarixi ilə siz də tanış olun

338

Another advertisement

🇬🇪 29 il əvvəl, 2 oktyabr 1995-ci ildə Gürcüstanın milli valyutası #lari ölkənin bütün ərazisində yeganə qanuni ödəniş vasitəsi elan edilib.

QafqazTürk Media xəbər verir ki, “Lari” köhnə gürcü sözü olub, xəzinə, əmlak mənasını daşıyır və “Pələng dərisi geyinmiş pəhləvan”da da işlənir.

“Maneti”, “Gürcü maneti”, “Marçili”, “Karti” və “Rvali” də Gürcüstan milli valyutasının əsas vahidinin adı hesab olunurdu.

2014-cü ildən lari-in öz simvolu var – ₾,bu simvol gürcü əlifbası əsasındadır. Simvolun müəllifi Malxaz Şvelidzedir.

Gürcü pulu 26 əsrlik tarixə malikdir və Gürcüstan tarixinin mühüm bir hissəsidir. Qeyd edək ki, Gürcüstan Milli Bankı 2025-ci ildə larinin 30 illik yubileyi ilə bağlı genişmiqyaslı tədbirlər planlaşdırır.

Şəkildə 2, 10 və 20 lari əskinasların eskizləri göstərilib. Bu eskizlər ictimaiyyətə az məlumdur. 2 larilik sikkədə Qriqol Qaqarinin “Tbilisi bağları, rəqs” tablosu, 10 larilik sikkədə Nikoloz Muxran-Batonun ailəsinin qrup portreti, 20 larilik sikkədə isə Gürcüstanın teatr truppası təsvir olunub.

Sonrakı yazı
Nobel həftəsi gəlir-Bəs Nobel mükafatı laureatları hansı tarixdə açıqlanacaq?
Öncəki yazı
Azərbaycanın daha bir ərazisi qaytarıla bilər