Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbəri: “Nəticələrin tam açıqlanması avqustun əvvəlində başa çatacaq”

124

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbəri Nino Tsereteli bildirib ki, qəbul imtahanlarının nəticələri tam şəkildə avqustun ilk günlərində elan olunacaq.

Onun sözlərinə görə, hər bir abituriyent öz imtahan işini apellyasiya qaydasında şikayət etmək imkanına sahib olacaq:

“Xüsusilə vurğulamaq istəyirəm – nəticələrlə tanış olduqdan və apellyasiya prosesi başa çatdıqdan sonra, onlar öz seçimlərini dəyişə biləcəklər. Hansı proqramların və ali təhsil müəssisələrinin onlar üçün daha uyğun olduğunu müəyyən edərək, seçimlərini reytinq siyahısı şəklində düzə biləcəklər,” – deyə Tsereteli qeyd edib.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
Tramp: “Mən olmasaydım, dünya altı böyük müharibə ilə üz-üzə qalacaqdı”
Öncəki yazı
Rusiyada Vatsap bağlanırmı? – Rəsmi açıqlama