This is a specific ad

Milli Qida Agentliyi 190-dan çox obyektdə yoxlanış aparıb-5 halda qayda pozuntusu aşkar edilib

242

Another advertisement

Milli Qida Agentliyinin verdiyi məlumata görə, bu ilin üçüncü rübündə qurumun müfəttişləri tərəfindən 190-dan çox obyektdə yoxlamalar aparılıb, cəmi 5 halda qanun pozuntusu aşkar edilib.

QafqazTürk Media xəbər verir ki, aşkar edilmiş qanun pozuntuları arasında dövlət qeydiyyatına alınmamış, saxlama müddəti ötmüş dərman vasitələrinin satışı və təsərrüfat fəaliyyətinin reyestrində qeydə alınmaması halları da var.

“Milli Qida Agentliyinin müfəttişləri baytarlıq klinikalarında, baytarlıq apteklərində və  heyvan mağazalarında davamlı dövlət nəzarəti həyata keçirir. Bu ilin üçüncü rübündə 190-dan çox obyektə baxış keçirilib, onlardan cəmi 5 halda qanun pozuntusu aşkar edilib. Aşkar edilmiş qanun pozuntuları arasında dövlət qeydiyyatına alınmamış, saxlama müddəti ötmüş dərman vasitələrinin satışı və təsərrüfat fəaliyyəti reyestrində qeydiyyatın olmaması halları da var.

Ev heyvanlarının sağlamlığının və fermerlərin mənafelərinin qorunması məqsədilə Milli Qida Agentliyi bütün ölkə ərazisində dövlət nəzarətini fəal şəkildə həyata keçirir. Müfəttişlər laboratoriya tədqiqatları üçün nümunələr götürürlər.

Milli Qida Agentliyi istehlakçıya xəbərdarlıq edir:

Baytarlıq preparatları alarkən etiketini diqqətlə oxumaq, istifadə qaydalarına və son tarixlərə riayət etmək vacibdir. Pozuntu aşkar etsəniz, 15 01 qaynar xəttinə müraciət edə bilərsiniz.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
2024-2025-ci illərin qışı bu bürcün nümayəndələri üçün xüsusilə əlverişli və uğurlu olacaq
Öncəki yazı
Kolbasa və sosiskanın çox istifadəsinin fəsadları