Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 27-də Milli Müəllimlər Günü qeyd olunur.
Milli Müəllim Günü ictimaiyyətdə müəllimlərin roluna diqqət yetirilməsi, onların qiymətləndirilməsi və müəllim peşəsinin əhəmiyyətinin daha da yüksəldilməsi üçün gürcü pedaqoq, Gürcüstanda elmi pedaqogikanın təsisçisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə qeyd olunur.
Xatırladaq ki, dünyanın 100-dən çox ölkəsində Beynəlxalq Müəllimlər Günü oktyabrın 5-də qeyd olunur.
Biz də öz növbəmizdə bütün müəllimləri bu gün münasibətilə təbrik edir, onlara uzun ömür, cansağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
