Bu il mükafat işinə olan sevgisinə, xüsusi yanaşmasına və biliklərini uşaqlarla maraqlı şəkildə bölüşdüyünə görə Nino Psutura verilib.
Tədbirin sayca yeddinci qalibi Qori şəhərin N8 ictimai məktəbinin müəllimi olub. Baş sponsor Qudavadze-Patarkatsişvili Fondu qalibə 15 000 lari, finalçılara isə Liberty Bank tərəfindən 5 000 lari verilib.
Milli Müəllim Mükafatı 2017-ci il mayın 13-də Təhsil Koalisiyası, Təhsil və Elm Nazirliyi və Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi arasında imzalanmış memoranduma əsasən təsis edilib.