This is a specific ad

Milli Ətraf Mühit Agentliyindən əhaliyə xəbərdarlıq

40

Another advertisement

Noyabrın 24-də Qərbi Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılacağı gözlənilir. Dənizkənarı rayonlarda intensiv yağış yağacağı, şimşək çaxacağı, dənizdə 4-6 bal gücündə tufan, yüksək dağlıq ərazilərdə qar yağacağı bildirilir.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

Əldə olan məlumata görə, Gürcüstanın əksər ərazilərində güclü qərb küləyi əsir.

“Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsini artıra, dağlıq  ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər. Noyabrın 25-dən Gürcüstanın bütün ərazilərində havanın temperaturu xeyli aşağı düşəcək.

Noyabrın 26-28-də ölkənin əksər rayonlarında yağıntının dağlıq ərazilərdə qar şəklində yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə duman, çovğun və qar uçqunu təhlükəsi ola bilər.

Güclü qar yağması, görüntünün zəifləməsi, çovğun və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür. (təhlükə səviyyəsi orta)”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Batumidə tələbələr Konstitusiya Məhkəməsi yaxınlığında aksiya keçirirlər
Öncəki yazı
Bu gün Qiorqoba bayramı qeyd olunur- Bu haqda nə bilirik?