Sinoptiklərin proqnozuna görə, sentyabrın 18-i gündüzün sonundan 20-si günün ikinci yarısınadək ölkə ərazisində yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağıntıların güclü olması mümkündür. Ehtimal olunur ki, şimşək çaxacaq, dolu düşəcək, külək güclənəcək, dənizdə isə 3-4 ballıq fırtınalı dalğalanma müşahidə ediləcək.
Agentliyin məlumatına əsasən, yağıntılar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda sel təhlükəsi, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə proseslərinin aktivləşməsi mümkündür.
Qurum bildirir ki, təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.