Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

192

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Sinoptiklərin proqnozuna görə, sentyabrın 26-sı gündüzün sonundan sentyabrın 28-i günün birinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında yağış yağacaq. Kaxeti və dağlıq rayonlarda bəzi yerlərdə yağıntılar güclü olacaq, ildırım, dolu və küləyin qısamüddətli güclənməsi mümkündür.

Məlumatda bildirilir ki, gözlənilən yağıntılar nəticəsindəŞərqi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda sel hadisələrinin baş verməsi, dağlıq və dağətəyi ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür.

Agentliyin məlumatına əsasən, təhlükə səviyyəsi orta dərəcədədir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
27 sentyabr tarixinə olan valyuta məzənnəsini təqdim edirik
Öncəki yazı
Baş nazir İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb