• 28 Fevral 2025 23:49

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Milli Ekologiya Agentliyindən əhaliyə xəbərdarlıq

ByTürkan Şahverdova

Dek 27, 2024
Another advertisement

Milli Ekologiya Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

“Dekabrın 28-dən dekabrın 29-u səhərədək Gürcüstanda arabir yağıntılı olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə intensiv olacağı, çovğun olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 3-4 bal gücündə tufan olacağı gözlənilir.

Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında  suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmənin başlamasına və aktivləşməsinə, ölkənin dağlıq rayonlarında uçqunların yaranmasına səbəb ola bilər. Güclü qar, uçqun təhlükəsi, sulu buz bağlaması və avtomobil yollarının bəzi hissələrində görüntünün pisləşməsi ilə əlaqədar nəqliyyatın hərəkətinin məhdudlaşdırılması (təhlükə səviyyəsi orta) mümkündür”, – məlumatda deyilir.