Milli birliyin təntənəsi!

25

Milli birliyin təntənəsi!

Bu gün qardaş Türkiyədən şad xəbər almışıq: belə ki, ötən həftə qurultay keçirdiyini açıqlayan PKK, bu gün həmin toplantının nəticə sənədini yayıb. Bəyanatda terror təşkilatı özünü rəsmən buraxdığını və silahlı fəaliyyəti dayandırdığını bəyan edib.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, başda Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını, Türk Dünyasını, bütün sülhsevər insanları PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirik!

İnanırıq ki, indən sonra qardaş Türkiyədə ailələrə atəş düşməycək, sülh və qardaşlıq şəraitində yeni bir həyat başlayacaqdır. “Terrorsuz Türkiyə” ideyadan reallığa çevriləcəkdir. Bu mühüm nəticə sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir!

Biz, vətənimiz Gürcüstanda bu hadisəni, bu xoş xəbəri Türkiyə tarixində yeni bir səhifənin başlandığı kimi qiymətləndiririk!

Türkiyə dövlətinə və xalqına uğurlar arzulayırıq!

Kateqoriya: Dünya, Gündəm, Region
Öncəki yazı
PKK-nın təşkilatın ləğvini elan etməsinə siyasətçilərdən şərh