This is a specific ad

Milli Bank “Credo” Bankı 30 min lari cərimələyib

99

credo bank logo photo
Another advertisement

Milli Bank “Credo” Bankı 30 min lari məbləğində cərimələyib. Gürcüstan Milli Bankının məlumatına görə, cərimənin səbəblərindən biri Gürcüstanın “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanununun tələblərinin yerinə yetirilməməsidir.

“Gürcüstan Milli Bankı “Credo” Bankı 30 min lari məbləğində cərimələyib. Xüsusilə , 2 şəxslə bağlı Gürcüstanın “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanununun 21-ci maddəsinin 3-cü bəndinin “a”, “b” və “c” yarımbəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi pozulub, hansı kı siyasi baxımdan fəal şəxsə qarşı müvafiq tədbirlərin görülməsini nəzərdə tuturdu;

Beləki 1 şəxslə bağlı “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasının haqqında” Gürcüstan qanununun 21-ci maddəsinin 5-ci bəndinin “A” yarımbəndində nəzərdə tutulmuş siyasi baxımdan fəal şəxsin ailə üzvlərinə qarşı göstərilən tədbirlərin həyata keçirilməsi tələbi pozulub.

İkinci şəxslə bağlı isə Gürcüstan Milli Bankının prezidentinin 7 may 2019-cu il tarixli 82/04 saylı əmri ilə təsdiq olunmuş “Qeyri-qanuni gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi riskinin qiymətləndirilməsi üzrə Təlimat”ın N1 əlavəsinin 2-ci maddənin “D” bəndinin 1-ci bəndinin “D” yarımbəndində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədi pozulub, hansı kı bu tələblərə uyğun olaraq monitorinq edən şəxs siyasi baxımdan fəal şəxsə yüksək risk səviyyəsi təyin etməli idi”, – Gürcüstan Milli Bankı bildirib.

GMB- nın qiymətləndirməsinə görə, cərimənin digər səbəbi yoxlama prosesi zamanı Gürcüstan Milli Bankına tələb olunan məlumatın/sənədlərin düzgün təqdim edilməməsidir ki, onlardan 2-si artıq müəyyən edilib.

Sonrakı yazı
Bu gün Gürcüstanda Ana dili (Gürcü dili) günü qeyd olunur.
Öncəki yazı
Çavuşoğlu: “Sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlanılmalıdır”