Gürcüstan Milli Bankının yaydığı məlumata görə, 2024-cü ildə Gürcüstan 4,42 milyard dollar turizm gəliri əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Onların sözlərinə görə, 2024-cü ildə Aİ ölkələrinin beynəlxalq səyahət gəlirlərində payı 12,9% müəyyən edilib və 571,2 milyon ABŞ dolları təşkil edib.
“Maraqlıdır ki, bu rəqəm 2023-cü ilin eyni göstəricisindən 3,9% çoxdur”. Rusiya və Ukraynadan gəlirlər azalma tendensiyası ilə xarakterizə olunur – 2024-cü ildə Rusiyadan Gürcüstana səyahətdən əldə olunan gəlir 9,4%, Ukraynadan isə 18,9% azalıb.
2024-cü ildə beynəlxalq səyahət gəlirləri baxımından əhəmiyyətli dərəcədə yüksək artım İsraildən – 41,6%, Səudiyyə Ərəbistanından – 21,2%, Azərbaycandan – 18,1% və İrandan – 17,9% qeydə alınıb.
2024-cü ildə Gürcüstanın turizm gəlirləri aşağıdakı kimi bölüşdürülür:
Avropa İttifaqı – 571,2 milyon ABŞ dolları;
Azərbaycan – 168,5 milyon ABŞ dolları;
Türkiyə – 612,3 milyon ABŞ dolları;
İsrail – 436,5 milyon ABŞ dolları;
Səudiyyə Ərəbistanı – 122,1 milyon ABŞ dolları;
Ermənistan – 157,4 milyon ABŞ dolları;
Ukrayna – 148,8 milyon ABŞ dolları;
Belarus – 96,3 milyon ABŞ dolları;
İran – 151,1 milyon ABŞ dolları;
Rusiya – 850,0 milyon ABŞ dolları;
“Digər ölkələr – 1 111,3 milyon ABŞ dolları”, – məlumatda deyilir.