Another advertisement
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Agentlik tərəfindən verilmiş məlumata görə, iyunun 19-u günün sonundan iyunun 22-dək Gürcüstanın əksər rayonlarında qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, şərqi Gürcüstanda isə bəzi yerlərdə dolu düşəcəyinin gözlənildiyi deyilir.
“Gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmə proseslərinin əmələ gəlməsinə – aktivləşməsinə səbəb ola bilər”- deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.