Another advertisement
İyulun 12-si səhərədək Gürcüstanda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, Şərqi Gürcüstanın bəzi rayonlarına dolu düşəcəyi gözlənilir.
Agentlik həmçinin əhaliyə xəbərdarlıq edir ki, iyulun 9-12-də ölkədə güclü külək əsəcək və dənizdə 3-4 bal gücündə fırtına olacaq.
“Gözlənilən leysan yağışları Gürcüstan çaylarında daşqınlara səbəb ola bilər, ölkənin dağlıq ərazilərində sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər” , – deyə məlumatda qeyd olunub.
Magistral yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.