Another advertisement
Hesab edirik ki, Gürcüstan parlamentinin nəzərdən keçirdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun ölkəni təhlükəli trayektoriyaya salacaq. Gürcüstanın Avro-Atlantik yolunu təhlükə altına salacaq və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcək.
QafqazTürk.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ bəyan etdiyi mövqeyinin izahını davam edəcək, Gürcüstan qərarını verməlidir.
Miller mümkün tədbirləri şərh etməyib: “Mən sanksiyalar, nə edə biləcəyimiz və ya nə edəcəyimizlə bağlı heç bir açıqlama verməyəcəyəm”.