Millət vəkili Sahib Əliyev: Düz 32 il əvvəl bu gün Azərbaycanda keçirilən səsvermə sıradan seçki deyildi

112

Azərbayanının Millət vəkili Sahib Aliyev sosial şəbəkədə 32 il əvvəl Azərbaycanda baş verən seçkilərlə bağlı paylaşım edib. Aliyev vurğulayır ki, Düz 32 il əvvəl Azərbaycanda keçirilən səsvermə sıradan seçki deyildi. Həmin gün xalq seçki məntəqəsinə sanki poçt göndərirmiş kimi gedərək, səsvermə bülletenlərini Heydər Əliyevə ünvanlanmış bir ismarıc kimi qəbul edirdi. Bu bülletenlərdə əslində ölkənin o zaman düşdüyü vəziyyət, səbəbkarlar və xalqın gözləntiləri gizlənmişdi.
Düz 32 il əvvəl bu gün Azərbaycanda keçirilən səsvermə sıradan seçki deyildi. Əksəriyyət seçki məntəqəsinə sanki poçt imiş kimi gedir, səsvermə bülletenlərini məktub yazacaqları konvert gözündə görürdülər. Yəni bu, səsvermədən çox Heydər Əliyevə ismarıc göndərmək idi ki, xalqı və ölkəni düşdüyümüz bu vəziyyətdən Səndən başqa heç kimin qurtara bilməyəcəyini bilirik və yanınızdayıq. Onun adının önünə qoyulan həmən o təsdiq işarəsinin içərisində əslində düşdüyümüz vəziyyət, bunun səbəbkarları və gözləntilərimizlə bağlı bəlkə minlərlə sətir gizlənirdi. Ancaq həmən vaxt heç kimin ağlına belə gəlmirdi ki, nəinki torpaqlarımız işğaldan qurtarılacaq, Xankəndi məkr yuvasından üçrəngli bayrağımızı müqəddəs bilən minlərlə azərbaycanlı tələbənin oxuduğu cənab Prezidentin təbirincə desək, gənclər şəhərinə çevriləcək!
Ulu Öndər isə məncə, bu günü görürdü. Əgər göməsə idi, reallaşdıra bilmədiklərini cənab İlham Əliyevin edəcəyini deməzdi. Heydər Əliyevi az-çox tanıyanlar yaxşı bilirdilər ki, o, heç vaxt Ermənistandakı qədim yurd yerlərimizin boş qalması və bizim oradan deportasiyamızı unutmayacaq, bunun bədəlini elə, ya belə ödətdirəcəkdi. Ancaq bu qədər irəli gedəcəyimizi, bir vaxtlar bizdən qat-qat güclü olan dövlətlərin başçılarının gəlib Azərbaycan Prezidentindən yardım umacaqlarını və yaxud Fransanınkı sayaq dünən Kopenhagendəki mənzərədən də göründüyü kimi köplərinin yatırdılacağını bəlkə, heç o da görmürdü. Bu gün isə görür və ruhu şaddır. Ruhu şaddır ki, Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti Heydər Əliyevcəsinə böyük uğurla davam etdirilir!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tamaz Bekaia Təhsil Fondu kəndlərdə yerləşən ictimai dövlət məktəbləri üçün 4-cü qrant müsabiqəsi elan edir-ƏTRAFLI
Öncəki yazı
İran və Rusiya arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” qüvvəyə minib- DETALLAR