• 28 Fevral 2025 04:25

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Milad və Yeni il haqqında bilmədiyiniz 10 maraqlı fakt

ByTürkan Şahverdova

Yan 1, 2025
Another advertisement

Milad və Yeni il haqqında bilmədiyiniz 10 maraqlı fakt

Yeni il bütün dünyada xüsusi bayramdır. Əsasən, insanlar dekabrın sonunda bu günə hazırlaşmağa başlayırlar: yolkanın gözəl oyuncaqlarla bəzədilməsi, rəngarəng işıqlar,  fişənglər, qırmızı və ağ paltar geyinmiş Şaxta babanı gözləyən uşaqlar, valideynlərin hədiyyələri bükməsi.

Bu yazıda Milad və Yeni il haqqında heç  bilmədiyiniz 10 maraqlı faktı təqdim edirik:

1. ABŞ alimləri hesablayıblar ki, Şaxta baba dünyada hər ailəyə hədiyyə vermək üçün saniyədə 822 evə baş çəkməlidir.

2. Milad ağacını oyuncaqlarla bəzəmək ənənəsi yəqin ki, Druidlərdən gəlir. Ağacın həyatda müsbət və yaxşı hər şeyi bəxş etdiyinə inanırdılar.

3. Avropada hər il 60 milyona yaxın yolka xüsusi olaraq Yeni il üçün yetişdirilir.

4. 1950-ci ildə dünyanın ən hündür yolkası Vaşinqton ticarət mərkəzində dayanıb (hündürlüyü – 67 metr).

5. Məşhur Jingle Bells mahnısı əvvəlcə One Horse Open Sleigh adlanırdı və Milad və Yeni ilə deyil, Şükran Gününə həsr olunmuşdu.

6. 1999-cu ildə Men (Amerika Birləşmiş Ştatları) sakinləri hündürlüyü 35 metrə çatan dünyanın ən böyük Santa Klausunu düzəltdilər.

7. Şaxta baba müxtəlif ölkələrdə fərqli adlanır – Kriss Kringle (Almaniya), Le Befana (İtaliya), Pere Noel (Fransa).

8. Milad ağacını bəzədiyimiz elektron lampaları 1882-ci ildə amerMilad və Yeni il haqqında bilmədiyiniz 10 maraqlı faktikalı Edvard Conson icad edib.

9. Ən yüksək büdcəli Yeni il filmi “How the Grinch Stole Christmas” filmidir.

10. Çexiyada qəribə Milad ənənəsi var: axşam yeməyində balıq şorbası, yumurta və sazan yeyirlər, süfrədə oturanların sayı bərabər olmalıdır. Yoldaşı olmayan adamın növbəti ildə öləcəyinə inanılır.

like1