This is a specific ad

Mikroavtobuslarla 5 istiqamətə sərnişin daşımaq qadağan olunacaq

283

Another advertisement

Gələn ildən şəhərlərarası müntəzəm sərnişindaşıma M3 kateqoriyalı nəqliyyat vasitələri (avtobus) ilə həyata keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək yeni qaydaya əsasən, Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Telavi arasında mikroavtobuslarla sərnişin daşınması qadağan ediləcək. Bu isə o deməkdir ki, artıq adıçəkilən şəhərlər istiqamətində mikroavtobuslarla sərnişin daşımaq mümkün olmayacaq.

Bundan əlavə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, dəyişiklik Gürcüstanın 150 km-dən çox məsafədə yerləşən yaşayış məntəqələrində şəhərlərarası sərnişin daşımalarına da təsir edəcək.

“Gürcüstanın şəhərlərarası sərnişin daşımasında islahatlar çərçivəsində 2025-ci il iyunun 1-dən Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Telavi, həmçinin müvafiq yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) arasında öhdəlik qüvvəyə minəcək. Belə ki, 150 kilometrdən çox məsafədə yerləşən şəhərlərə Gürcüstanda M3 kateqoriyalı avtonəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma həyata keçirmək mümkün olacaq”, – İqtisadiyyat Nazirliyindən bildirilib.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Ələddin Qarabağlı partlayış nəticəsində xəstəxanaya yerləşdirilib
Öncəki yazı
მარნეულის მუნიციპალიტეტს ოფიციალური ვიზიტით ჩინეთის სახალხო რესპუბლიკის სიანის ტექნიკური უნივერსიტეტის წარმომადგენლობითი დელეგაცია ეწვია