This is a specific ad

“Microsoft”dakı nasazlıq “Windows”la işləyən 8,5 milyon cihaza təsir edib

60

Another advertisement

Microsoft Azure” bulud saxlama platformasında “Crowdstrike”ın proqram yeniləməsi nəticəsində yaranan nasazlıq “Windows” əməliyyat sistemi ilə işləyən təxminən 8,5 milyon cihaza təsir edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Microsoft öz bloqunda məlumat yayıb.

“Proqram yeniləmələri zaman-zaman nasazlıqlara səbəb ola bilsə də, “Crowdstrike”ınki qədər böyük hadisələr nadirdir. Nasazlığın 8,5 milyon “Windows” cihazına və ya “Windows” cihazlarının 1%-dən azına təsir etdiyini təxmin edirik”.

Qeyd olunur ki, “Crowdstrike” “Microsoft”a vəziyyəti tez bir zamanda nizamlayacaq həll variantı hazırlamağa kömək edib.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Qarpızın insan orqanizminə faydaları
Öncəki yazı
Azərbaycan Ermənistanı COP29-a dəvət edib