This is a specific ad

MHP lideri Baxçalının “Parlament çağırışı” nın əks-sədaları genişlənir

218

Another advertisement

MHP lideri Baxçalının İmralıda PKK lideri Öcalana etdiyi “Parlament çağırışı”nın əks-sədaları genişlənir.

Çərşənbə axşamı partiyasının qrup toplantısında çıxış edən iqtidar ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Terrorçu liderə qarşı təcrid aradan qaldırılarsa, gəlib DEM Partiyasının qrup toplantısında çıxış etməlidir”- deyərək  İmralı Həbsxanasında olan Kürdüstan İşçi Partiyasının (PKK) lideri Abdullah Öcalanı bir daha çağırıb.

“Terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini qışqırsınlar” deyən Baxçalı, “Ümid hüququndan istifadə ilə bağlı hüquqi tənzimləmələr edilməli və insanların bundan faydalanması üçün yollar açıq olmalıdır. “- deyə öz çıxışında vurğulayıb.

Məlumat üçün bildirmək istəyirəm ki, “Ümid etmək hüququ” məhbusun ömürlük həbs cəzasına cavab olaraq müəyyən müddətdən sonra cəmiyyətə qovuşmasını təmin edən hüquqdur. Proqnozlaşdırıla bilən edam formasını tətbiq etməklə, insanın azadlığını bərpa etmək ümidini saxlamasını təmin edir.

“Terrorsuz siyasət” üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduqlarını bildirən Baxçali sözlərini belə davam etdirdi:

“Hər kəs ittifaqda halındadırsa, biz də məsuliyyəti əlimizə almağa hazırıq. Nə Kandil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı, bu ağır və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. ”

Bu çıxışdan sonra bir çox siyasətçidən reaksiya gəldi…

Türkiyə üçün “Milad” dönəmi başlayır?

Davamı üçün izləmədə qalın!

 

 

Kateqoriya: Araşdırma, Dünya
Sonrakı yazı
Ermənistan baş nazirinin keçmiş müşaviri Paşinyanın fotosunu yaydı, ölkə qarışdı-FOTO
Öncəki yazı
İrakli Kobaxidze: Müxalifət parlament seçkilərinin nəticələri ilə barışmayacaq