This is a specific ad

Meyvə və tərəvəzlərin yuyulmasında vacib qayda

40

Another advertisement

İshal və mədə ağrısının qarşısını almaq üçün meyvələri soyuq suda yuyub təmiz dəsmal ilə qurutmaq vacibdir”.

QafqazTürk.com xəbər verir ki, bunu onkoloq-mammoloq Danail Nazlıyev deyib.

“Meyvələri soyuq suda yumaq vacibdir. Bu, nəinki bakteriyaların yayılmasının qarşısını alır, həm meyvənin xarab olmasının qarşısını alır. Bunun üçün sadəcə bir qabı soyuq su ilə doldurub meyvəni əlavə etmək kifayətdir. Meyvələri bu suda bir neçə dəqiqə saxlayın və sonra təmiz su ilə yuyun”, – o, “Telegram” kanalında yazıb.

Həkimin sözlərinə görə, bu üsul onları kirdən, bakteriyadan və digər maddələrdən təmizlənməyə kömək edəcək. Prosedurdan sonra meyvələri qurutmaq üçün təmiz dəsmallardan istifadə etməlisiniz.

“Meyvəni soyuq suda yuyub təmiz dəsmal və ya parça ilə qurutduqdan sonra yesəniz, ishal və ya başqa xəstəliklərin qarşısını alacaqsınız”, – deyə ekspert bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Məktəbəqədər hazırlıq qruplarına qeydiyyat devam edir
Öncəki yazı
Qara eynəklərin zərərləri – Oftalmoloq xəbərdarlıq edir