This is a specific ad

Metrostansiyada gəncin ölümünə səbəb olan şəxsə qarşı ittiham irəli sürülüb

51

Another advertisement

Prokurorluq istintaqa əsasən, metro stansiyasında gənci relsə itələyib ölümünə səbəb olan şəxsə qarşı ittiham irəli sürüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Qurumun verdiyi məlumata görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, dekabrın 10-da Tbilisi şəhərinin “Dövlət Universiteti” metrostansiyasında təqsirləndirilən şəxs tamamilə əsassız bir şəkildə, heç bir səbəb olmadan, amansızlıqla, polisin gözü qarşısında metrostansiyasının sərnişin platformasında dayanan naməlum şəxsi  relslərə itələyib və hərəkətdə olan elektrik mühərriki gənci vurub. Aldığı xəsarətlər nəticəsində zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin (qəsdən adam öldürmə, xuliqanlıq və xüsusi amansızlıqla törədildikdə) 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutan “f” və “m” bəndləri ilə ittiham olunub.

“Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək”, – deyə məlumatda bildirilir.

Sonrakı yazı
მარნეულელი ტაეკვონდოისტების წარმატება საქართველოს ჩემპიონატზე
Öncəki yazı
დმანისის მუნიციპალიტეტის საკრებულომ 2025 წლის ბიუჯეტი დაამტკიცა