Meteohəssas insanlar, hazır olun: Sabaha güclü maqnit qasırğası proqnozlaşdırılır

108

Günəş Astronomiya Laboratoriyasının alimləri fevralın 18-də baş verəcək yeni maqnit qasırğası barədə xəbərdarlıq ediblər.

Bu barədə laboratoriyanın rəsmi saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, çərşənbə axşamının birinci yarısında G1 maqnit qasırğası sinfinə yaxınlaşan geomaqnit pozuntusu gözlənilir. Alimlər izah edirlər ki, geomaqnit pozulma ehtimalı 40%, maqnit qasırğaları isə 17% təşkil edir. Geomaqnit aktivliyinin pik nöqtəsi Tbilisi vaxtı ilə saat 05:00-dan 11:00-dək gözlənilir. Çərşənbə günü, fevralın 19-da geomaqnit fonu normal vəziyyətdə olacaq.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Azərbaycanın nəqliyyat rəsmiləri sabah Gürcüstanda olacaqlar: Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?
Öncəki yazı
18 fevral tarixinə olan valyuta məzənnəsi