“Meta” şirkətindən sosial şəbəkələrdəki nasazlıqla əlaqədar MƏLUMAT

20

“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.

QafqazTürk.com xəbər verir ki, E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.

Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Honq-Konq provayderi “HGC Global Communications Limited” bəyan edib ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.

Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 %-ni təşkil etdiyini açıqlayıb.

4
8
Kateqoriya: Maraqlı
Sonrakı yazı
VALİDEYNLƏRİN NƏZƏRİNƏ! – Bu gündən 1-ci sinifə qeydiyyat başlayır
Öncəki yazı
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir