This is a specific ad

Meşə yanğını ilə mübarizə aparılır, sakinlər təxliyə edilir

310

Another advertisement

Kaliforniyada meşə yanğını ilə mübarizə aparılır, sakinlər təxliyə edilir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Əldə olan məlumata görə, Kaliforniyanın cənubundakı San Bernardino qraflığı yaxınlığında 36 mindən çox bina, o cümlədən evlər yanğın təhlükəsi altındadır. San Bernardino dairəsində fövqəladə vəziyyət elan edilib. Əhali üçün məcburi təxliyə əmri verilib.

Yanğın sentyabrın 5-də Los-Ancelesin şərqində baş verib. İndiyədək təxminən 8580 hektar ərazi yanıb. Üç yanğınsöndürən yanğını söndürməyə çalışarkən xəsarət alıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğın Departamentinin məlumatına görə, hazırda yanğının yalnız 3%-nin qarşısı alınıb. Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Bu şəxs dünyanın ilk trilyonçusu ola bilər
Öncəki yazı
Bu ölkə Ukraynaya 400 milyonluq yardım paketi ayırıb