Meriyanın əməkdaşı dövlətə məxsus torpaq sahəsinin qeydiyyatı üçün 16 min dollar alıb – “Finans Polisi”.

144

“FİNANS POLİSİ” və Prokurorluq tərəfindən dələduzluq cəhdinə görə Tbilisi meriyasının əməkdaşı saxlanılıb. O, 16 min ABŞ dolları məbləğində pul müqabilində vətəndaşın adına dövlət əmlakını qanunsuz şəkildə qeydiyyatdan keçirməyə cəhd göstərməkdə ittiham olunur.

QafqazTürk Media xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yayır.

Saxlanılan şəxs Tbilisi meriyasının İnspeksiya, Əmək Təhlükəsizliyi Təşkili və İdarəetmə Şöbəsinin baş mütəxəssisidir. Onun kimliyi hələlik açıqlanmayıb – yalnız baş hərfləri məlumdur: M.G.

İstintaqın versiyasına əsasən, o, vətəndaşa Tbilisi bələdiyyəsinə məxsus 1000 kvadratmetr torpaq sahəsinin qeydiyyatına kömək vəd edib. Bu məqsədlə o, vətəndaşdan 16 min ABŞ dolları alıb – elə bu zaman da saxlanılıb.

Ona qarşı 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

“Finans Polisi”nin açıqlamasında bildirilir ki, cinayətdə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə istintaq davam edir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Revolut Rusiya vətəndaşların hesablarını bağlayır – ƏTRAFLI
Öncəki yazı
Cənubi Koreya Prezidenti Si Cinpindən Şimali Koreya ilə münasibətlərdə yardım istəyib – ƏTRAFLI