This is a specific ad

Meriya tərəfindən Marneuli və Hucabi Yeparxiyasına verilmiş torpağın bir hissəsi istifadə məqsədilə dövlətə qaytarılacaq

59

Another advertisement

Meriya tərəfindən Marneuli və Hucabi Yeparxiyasına verilmiş torpağın bir hissəsi istifadə məqsədilə dövlətə qaytarılacaq.

QafqazTürk  Media xəbər verir ki,  sözügedən məsələ ilə bağlı qərar Bələdiyyə Məclisinin dekabrın 19-da keçirilən iclasında qəbul edilib.

Məsələnin müzakirəsi zamanı meriyanın Əmlakın İdarəedilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov bildirib ki, Yol Departamentinin müraciətinə əsasən, Hucabi Yeparxiyasının pulsuz istifadə  etdiyi torpaq sahəsinin müəyyən hissəsi avtomobil yolunun tikintisi üçün dövlətə veriləcək.

“Bildiyiniz kimi, bütün Gürcüstanda beynəlxalq əhəmiyyətli yollar çəkilir. Böyük layihələrdən biri də Marneuli Bələdiyyəsində həyata keçirilir. Qırmızı Körpü yolu, Sadaxlı sərhədinə yol buradan keçir. Bələdiyyənin balansındadır və 2017-ci ildən biz bu hissəni pulsuz Marneuli və Hucabi Yeparxiyasına vermişik. Avtomobil Yolları Departamentindən məktub gəlib, Yeparxiya da razıdır, torpaq sahəsi 21 768 kvadratmetrdir, oradan 1 465 kvadratmetr torpaq ayrılıb dövlətə veriləcək, magistral da oradan keçəcək. Torpağın bölünməsi, sonra dövlətə verilməsi üçün sizdən razılıq istəyirik”, – Aqil Əmircanov bildirib.

Məsələ deputatlar tərəfindən təsdiqlənib.

Bələdiyyə Məclisinin dekabrın 19-da keçirilən iclasında bundan başqa daha 5 məsələ müzakirə olunub. Bütün bunlarla yanaşı, meriyanın büdcəsində ediləcək dəyişikliklər, coğrafi adlar və sosial məsələlərə də toxunulub.

Qeyd edək ki, bütün məsələlər müsbət nəticələnib.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Sabaha olan valyuta məzənnəsi açıqlanıb
Öncəki yazı
Abxaziya parlamentində atışma olub- ölən və yaralanan var