Meksikada təbii fəlakət nəticəsində azı 64 nəfər ölüb, 65 nəfər hələ də itkin düşüb.
QafqazTürk Media xəbər verir ki, xüsusilə qurbanların sayının ən çox olduğu Verakruz və Hidalqo ştatlarında güclü yağışlar torpaq sürüşməsi və daşqınlara səbəb olub.
100 minə yaxın evə ziyan dəyib, körpülər və yollar dağılıb. Xilasedicilər əhalinin təhlükəsizliyi üçün ərazidən təxliyyə işlərinə başlayıblar.
Meksika prezidenti Klaudiya Şeynbaum belə güclü yağışların gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, hakimiyyət yenidənqurma işlərinə başlayır və epidemik təhlükələrin, o cümlədən dang xəstəliyinin qarşısının alınmasına xüsusi diqqət yetirir.