Another advertisement
“Ukrayna NATO-ya qəbul olunacağı gözlənilən 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər.”
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“NATO-nun baş katibi Stoltenberq bu yaxınlarda açıq şəkildə bəyan etdi ki, o, 2034-cü ili Ukraynanın alyansa qoşulması üçün yaxşı ssenari hesab edir”, – siyasətçi bildirib.
Onun sözlərinə görə, o vaxta qədər NATO-ya üzv ölkələrin liderləri öz mövqelərində olmayacaqlar, onların bəziləri artıq bu dünyada olmayacaq və Ukrayna hətta mövcud olmaya da bilər.
Xatırladırıq ki, NATO-nun baş katibi Yens Stoltenberq bu ayın əvvəlində DPA-ya verdiyi müsahibəsində Ukraynanın yaxın 10 ildə alyansa qoşulacağına ümid etdiyini bildirib.