Another advertisement
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev G7 ölkələrinin Rusiyaya malların ixracına tam qadağa qoyulması ideyasına Ukrayna dilində cavab verib.
Ölkənin keçmiş prezidenti fikirlərini “Telegram”da paylaşıb.
“Görünür, onların ümumiyyətlə beyinləri yoxdur”, – siyasətçi qeyd edib.
O vurğulayıb ki, ixracın məhdudlaşdırılması Rusiyadan “Böyük yeddilik üçün ən həssas kateqoriyalar üzrə” malların idxalının qarşılıqlı dayandırılmasına gətirib çıxaracaq. O cümlədən, taxıl sövdələşməsi də bitəcək.