Media – Suriyada təhlükəsizlik qüvvələri iki gün ərzində 745 dinc sakini öldürüb

69

BBC xəbər verir ki, Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Suriya təhlükəsizlik qüvvələrinin yüzlərlə dinc sakini öldürdüyünü iddia edir.

Təşkilatın məlumatına görə, iki gün ərzində təhlükəsizlik qüvvələri tərəfindən 745 mülki şəxs öldürülüb.

BBC yazır ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, son iki gündə 1000-dən çox adam öldürülüb. Bu rəqəmə onlarla hökumət əsgəri və Əsəd tərəfdarı daxildir, cümə axşamından bəri Latakiya və Tartus əyalətlərində qarşıdurmalar davam edir.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Suriyada gərginlik: Hökumət bu əyalətə yeni qüvvə göndərdi
Öncəki yazı
Uçan maşınların kütləvi istehsalı başlayır – Tarix açıqlandı