Another advertisement
BBC xəbər verir ki, Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Suriya təhlükəsizlik qüvvələrinin yüzlərlə dinc sakini öldürdüyünü iddia edir.
Təşkilatın məlumatına görə, iki gün ərzində təhlükəsizlik qüvvələri tərəfindən 745 mülki şəxs öldürülüb.
BBC yazır ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, son iki gündə 1000-dən çox adam öldürülüb. Bu rəqəmə onlarla hökumət əsgəri və Əsəd tərəfdarı daxildir, cümə axşamından bəri Latakiya və Tartus əyalətlərində qarşıdurmalar davam edir.