Rusiya mətbuatı xəbər verir ki, Rusiyanın 7 hava limanı pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Rusiya mətbuatının məlumatına görə, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun sözlərinə görə, vurulan pilotsuz təyyarənin qalıqları yaşayış binasının üzərinə düşüb, bir nəfər xəsarət alıb.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə isə pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində sənaye obyektində yanğın baş verib.
Rusiya Müdafiə Nazirliyi bir gecədə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 40 pilotsuz təyyarənin vurulduğunu bildirib.