• 23 Fevral 2025 06:45

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Media – ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmiləri çərşənbə axşamı Ukrayna müharibəsi ilə bağlı görüşəcəklər

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

ABŞ və Rusiya yüksək rütbəli rəsmiləri arasında Ukraynada davam edən müharibəyə son qoymaq üçün razılaşmanı müzakirə etmək üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanında görüş keçiriləcək.

Əldə olan məlumata görə, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff daxildir. Rusiya nümayəndə heyətində kimin təmsil olunacağı isə hələlik məlum deyil. Mənbələrdən biri bildirib ki, görüşdə xarici işlər naziri Serqey Lavrovun iştirak edəcəyi ehtimalı var.

Stiv Uitkoff bildirib ki, o və Mayk Vals bazar günü gecə Səudiyyə Ərəbistanına gələcək. Rubio İsrailə səfər etdikdən sonra bazar ertəsi Səudiyyə Ərəbistanına gələcək.