This is a specific ad

Mdinaradze: Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmir və edə də bilməz, çünki bu, Rusiyadan çox Gürcüstana ziyan vuracaq

77

Another advertisement

Bu sözləri “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında deyib.

“Gürcüstanın qəti mövqeyi ondan ibarətdir ki, Gürcüstana heç bir sanksiyaya məruz qalmış aviaşirkət uçmayacaq. Gürcüstanın qəti mövqeyidir ki, Ukrayna bu ölkədə siyasi dəstəyə sahibdir və bunlar bir-birinə qarışmamalıdır. Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmir və edə də bilməz, çünki bu, Rusiyadan çox Gürcüstana ziyan vuracaq. Mövqeyimiz gürcülərin maraqlarından irəli gələn çox dövlət əsaslı, millidir və bu prinsipial münasibətə yenidən baxılmayacaq”, – deyə Mamuka Mdinaradze bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Marneulide tədbir keçiriləcək
Öncəki yazı
İstanbulda ticarət mərkəzi yanır