“Biz Gürcüstanın indiki hökumətinin milli hakimiyyətlə əvəz oluna biləcəyinə əmin olana qədər hökumətdən əl çəkməyəcəyik”.
QafqazTürk Media xəbər verir ki, bu barədə parlamentin plenar iclasında çıxışı zamanı parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.
Onun öz açıqlamasına görə, müxalifətdə milli qüvvələr olmadığı müddətcə “Gürcü arzusu” 2028-ci ildən sonra da qələbələri qeyd edəcək.
“2028-ci ilə qədər və ondan sonra mən əminəm ki, müxalifətdə bugünkü deyil, milli qüvvələr olana qədər biz gələcək qələbələri də qeyd edəcəyik. Yox, biz Gürcüstanın indiki hökumətinin milli hakimiyyətlə əvəz oluna biləcəyinə əmin olana qədər hakimiyyətdən əl çəkməyəcəyik. Mən səmimi qəlbdən xoşbəxtəm, çünki fəxrlə deyə bilərəm – hökumət proqramımızla və atdığımız hər bir addımla 2030-cu ilə qədər Gürcüstan bütün namizəd ölkələr arasında Aİ üzvlüyünə ən hazır olan ölkə olacaq. Buna görə də biz xalqımız, ölkəmiz və onun, ən əsası, Avropanın gələcəyi qarşısında şəffaf olacağıq. Bundan sonra növbə avropalılara, 2030-cu ilə qədər fəaliyyət göstərən bürokratiyaya çatacaq. Biz tezliklə, çətin, amma yenə də yekun qərarı verəcəyik. Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olacaq. Gürcü xalqı bunu qeyd edəcək”, – deyə Mamuka Mdinaradze bildirib.