Mdinaradze: Bəzi qüvvələr oktyabrın 4-də təxribatlar planlayırlar – ƏTRAFLI

122

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze oktyabrın 4-də bəzi qüvvələrin təxribat hazırlığında olduğunu açıqlayıb. O, bu barədə “İmedi LIVE” verilışındə müxalifətin oktyabrın 4-nə planlaşdırdığı mitinqlə bağlı danışarkən bildirib..

Mdinaradze bildirib ki, bir neçə qrup ictimai qəzəb doğuracaq addımlar üzərində müzakirələr aparır:

“Bəzi qüvvələr oktyabrın 4-də təxribatlar planlayırlar. Mən heç kimə bunu düşünməyi belə tövsiyə etmirəm, çünki çox sərt cavab alacaqlar. Etiraz etmək istəyirlərsə, etsinlər, amma qanun çərçivəsində qalmalıdırlar. Gürcüstan seçkiləri ləyaqətlə keçiriləcək və çağırışların öhdəsindən gələcək”, – deyə Mdinaradze qeyd edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
MSK rəhbəri Qiorqi Kalandarişvili seçkiöncəsi açıqlama verib
Öncəki yazı
Sürücülük imtahanı qaydaları dəyişdi – köhnə qaydalarla sürücülük vəsiqəsini bəzi şəxslər ala bilər – ƏTRAFLI