This is a specific ad

May ayında yaşayış minimumu müəyyənləşib

26

Another advertisement

2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 1,9 lari artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ay əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 253,7 lari təşkil edib. 2023-cü ilin aprel ayında isə bu rəqəm 251,8 lari idi.

2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin may ayında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 8,6 lari artıb. 2022-ci ilin may ayında yaşayış minimumu 245,1 lari təşkil edirdi.

Orta istehlakçının yaşayış minimumu isə bu ilin ilk 5 ayında 224,7 lari müəyyən edilib. Bu rəqəm, 2023-cü ilin aprelində – 223,1 lari, 2022-ci ilin mayında isə 217 lari olub.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti – əmək qabiliyyətli şəxsin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərini (zülallar, yağlar və karbohidratlar) və minimum miqdarda qida məhsullarının müəyyən edilmiş normativ səbətidir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
მარნეულში  სუპერმარკეტი  გაძარცვეს
Öncəki yazı
მარნეულში შიდა საგზაო ინფრასტრუქტურის მოწყობის სამუშაოები მიმდინარეობს