Masaj salonunda azyaşlını cinsi istismara məruz qoyan şəxs saxlanılıb

129

Daxili İşlər Nazirliyi (DİN) özünə məxsus masaj salonlarından birində azyaşlını müştərilərə seksual xidmət göstərməyə cəlb edən şəxsi saxlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Qurumun məlumatına görə, saxlanılan şəxs yetkinlik yaşına çatmayan qızı bu məqsədlə işə cəlb edib və onun qazancının yarısını alırmış.

DİN-in Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1997-ci il təvəllüdlü L.X.-ni yetkinlik yaşına çatmayan şəxsdən cinsi istismar məqsədilə istifadə, prostitusiyaya yer təqdim etmə və şərait yaratma ittihamı ilə saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs əvvəlcədən planlaşdıraraq yetkinlik yaşına çatmayan qızı cinsi istismar məqsədilə işə götürüb və özünə məxsus masaj salonunda işlədib. Məhz onun göstərişi ilə azyaşlı qız salona gələn müştərilərə müəyyən məbləğ müqabilində seksual xidmət göstərirmiş.

Araşdırma zamanı əldə edilən sübutlar göstərib ki, azyaşlı bu yolla qazandığı pulun yarısını L.X.-yə verirmiş.

DİN əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində L.X.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. Ona qarşı 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri, həmçinin 143²-ci maddəsinin birinci hissəsi üzrə aparılır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Netanyahu ordusuna Qəzzaya “dərhal və güclü” zərbələr endirməyi əmr edib
Öncəki yazı
“Gürcü arzusu”nun 3 partiyaya qadağa qoymaq niyyətində olduğu iddiada nə yazılıb – tam şəkildə sizə təqdim edirik