Martın 18-dən Gürcüstanda temperaturun aşağı düşəcəyi gözlənilir

43

Martın 18-dən Gürcüstanda temperaturun aşağı düşəcəyi gözlənilir. Milli Ekologiya Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin Qısamüddətli Proqnozlar şöbəsinin müdiri Dodo Qvazavanın verdiyi məlumata görə, martın 18-dən başlayaraq bəzi rayonlarda yağış yağacağı, küləyin əsəcəyi gözlənilir.

“Gürcüstanda hava hələ də günəşli və qurudur. Qərbi Gürcüstanda martın 18-də axşam saatlarından başlayaraq havanın buludlu olacağı, günün sonuna kimi əksər rayonlarda yağış yağacağı, temperaturun aşağı düşməyə başlayacağı gözlənilir. Temperaturun aşağı düşməsi həftə boyu davam edəcək. Dağlarda və ya yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta gözlənilir.

Qərbi Gürcüstanda temperatur daha tez düşməyə başlayacaq, martın 19-20-də Şərqi Gürcüstanda və paytaxtda buludlu hava şəraiti, yağış, güclü külək gözlənilir. Paytaxtda yağıntılar martın 19-da başlayacaq. Həftə ərzində bütün ölkə ərazisində və yüksək dağlıq rayonlarda qar yağacağı gözlənilir”, – Qvazava qeyd edib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Bu ölkələr Bakı və İrəvanın addımını alqışlayıb
Öncəki yazı
Media – Donald Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı sanksiyaları sərtləşdirir