This is a specific ad

Marneulinin müəyyən əraziləri çəyirtkə əleyhinə məhlulla dərmanlanacaq

31

Another advertisement

Milli Qida Agentliyi, bazar ertəsi iyunun 5-dən etibarən Marneuli Munisipalitetində çəyirtkəyə qarşı dərmanlama işlərinə başlayır.

İlkin olaraq, Şaumyan və Böyük Muğanlı kəndləri (60 ha), həmçinin monitorinqlər nəticəsində zərərvericinin inkişafının ilkin mərhələsində aşkar edildiyi ərazilər müvafiq vasitə və xüsusi texnika ilə dərmanlanacaq.

Bitki mühafizəsi mütəxəssisləri əhalini təhlükəsizlik normalarına, dərmanlama zamanı heyvanları zəhərlənmiş ərazidən uzaq tutmağa və gözləmə müddətinə riayət etməyə çağırır.

Dərmanlama başlamazdan əvvəl özünüidarəetmə nümayəndələri yerli əhaliyə planlaşdırılan tədbirlərlə bağlı xəbərdarlıq edəcəklər.

Çəyirtkələr kənd təsərrüfatı üçün ciddi təhlükədir. Şərqi Gürcüstanda kənd təsərrüfatına zərər vuran, yaşıl örtüyü və bitkiləri məhv edən təhlükəli zərərverici – italyan çəyirtkəsi geniş yayılmışdır.

Zərərvericilərin sayının və onların vurduğu ziyanın azaldılması üçün “Bitkilərin mühafizəsi və fitosanitar etibarlılıq” dövlət proqramına uyğun olaraq, agentliyin hər il həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Çexiya və Slovakiya Ukrayna üçün sursat istehsal etməyi planlaşdırır
Öncəki yazı
Dmanisidə yaşıllaşdırma aksiyası keçirilib