This is a specific ad

Marneulinin bələdiyyə məclisinin sədr müavini Sadaxlıda seçki məntəqəsində baş verənlərə aydınlıq gətirib

413

Another advertisement

Marneulinin Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində baş verən hadisəyə münasibət bildirib.

“Ətrafımda cərəyan edən hadisələrə, yalan kampaniyasına aydınlıq gətirmək, işıqlandırmaq istəyirəm!
Bu, böhtandır, guya mən seçkiləri saxtalaşdırmaq məqsədilə seçki qutusuna bülleten atmışam!
Fakt belə idi: Mən seçki məntəqəsində izdihamı və qarışıqlığı görəndə dərhal içəri keçib vəziyyəti öyrənməyə çalışdım və məlum oldu ki, müxalifət nümayəndələri görünməmiş həyasızlıqla seçki qaydalarını pozublar.
Hisslərimi saxlaya bilməyib əsəbiləşdim və bülletenləri əlindən götürüb qutuya qoydum. Burada isə məqsədim seçkiləri saxtalaşdırmaq deyildi, amma bu, müxalifətin yaxşı planlaşdırılmış təxribatı idi”.

Sonrakı yazı
“Güclü Gürcüstan”ın lideri Marneulidə əhali ilə görüşəcəyini açıqladı
Öncəki yazı
SON DƏQİQƏ! Genişmiqyaslı aksiya elan edildi