Son bir neçə gündür ki, Marneuli şəhərində içməli su problemi xüsusilə bir neçə küçədə kəskinləşib. Yerli sakinlərin sözlərinə görə, isti yay günlərində susuz qalmaq onlar ucun ciddi problem yaradır və aidiyyatı qurumlardan məsələnin həllini tələb edirlər.
Məsələyə aydınlıq gətirmək üçün Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin Marneuli xidmət mərkəzi ilə əlaqə saxladıq. Menecerin sözlərinə görə, şirkət reabilitasiya işləri aparır və problem tezliklə həll olunacaq.
“Bildiyiniz kimi, Marneulidə su təchizatı sisteminin bərpası layihəsi heyata keçirilir. Sozu gedən lahiyə çərçivəsində quyuların yoxlanması və təmizlənməsi işləri aparılır. Buna görə, gündəlik 2-3 quyu bağlanır. Qeyd edimki, əsas tikilidə beşinci quyunun nasosu sıradan çıxıb və sabah yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. Sabahdan etibarən şəhərin müəyyən küçələrində vəziyyət qaydaya salınacaq”- deyə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin xidmət mərkəzinin meneceri Zura Gobecişvili bildirib
Qeyd edək ki, Marneuli Bələdiyyəsində su təchizatı kanalizasiya sistemi layihəsi həyata keçirilir. Layihə başa çatdıqdan sonra əhali 24 saat su ilə təmin olunacaq