This is a specific ad

Marneulinin 6 saylı ictimai məktəbinin futbol komandası Kvemo Kartlinin məktəb liqasının çempionu oldu

12

Another advertisement

Marneulinin 6 saylı ictimai məktəbinin futbol komandası Kvemo Kartlinin məktəb liqasının çempionu oldu.

“İdman dünyanı dəyişəndə” kampaniyası çərçivəsində Kvemo Kartli üzrə dövlət nümayəndəsinin, Gürcüstan Futbol Federasiyasının, Qardabani Meriyasının dəstəyi və İdman İdarəetmə Metodologiyası və Texnologiyaları” Assosiasiyanın təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzini tanıtmaq və təşviq etmək məqsədilə “Kvemo Kartli Məktəb Liqası 2023” keçirilib, müxtəlif Munisipalitetlərdən 20 məktəb iştirak edib.

Dövlət məktəbləri arasında mini futbol turniri keçirilib.Sözü gedən turnirdə Kvemo Kartli miqyasında Marneuli şəhərinin 6 saylı ictimai məktəbinin komandası qazanıb.

Qardabaninin mini futbol meydançasında Marneulinin 6 saylı ictimai məktəbi və Krtsanisi məktəbi arasında final görüşü keçirilib.

Marneulinin 6 saylı ictimai məktəbinin futbol komandasına yerli özünüidarəetmənin rəhbər şəxsləri azarkeşlik edirdilər.

Yekun görüşdə Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini Nikoloz Kobaxidze, Marneuli Munisipalitetinin merinin birinci müavini Roin Dekanoidze, Qardabani Munisipalitetinin meri Davit Karqareteli, yerli özünüidarəetmənin nümayəndələri, 6 saylı ictimai məktəbin direktoru iştirak edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneuli meri Kənan Ömərov müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib
Öncəki yazı
Tbilisi metrosunda Saburtalo xətti işləmir