This is a specific ad

Marneulinin 5 kəndində 8 vətəndaşın torpaq sahələrinin bir hissəsi müsadirə ediləcək

53

Another advertisement

Rustavi-Qırmızı Körpü-Sadaxlı yolunun tikintisi üçün 8 vətəndaşın torpağı müsadirə ediləcək.

Sənədə əsasən, beynəlxalq əhəmiyyətli Şərq-Qərb yolunun 4-cü investisiya layihəsi, Rustavi-Qırmızı körpünün və Rustavi-Sadaxlı yolunun tikintisi layihəsi mühüm ictimai ehtiyacları olan layihə hesab edilir. Layihəyə görə Marneuli ərazisində 8 vətəndaşdan ümumilikdə 26 260 kvadratmetr torpaq sahəsi müsadirə olunacaq.

Daha dəqiq desək, Marneuli Bələdiyyəsinin Axlılələ kəndində kənd təsərrüfatı təyinatlı 76 000 kv.m torpaq sahəsinin 22 204 kv.m hissəsi;

Marneuli bələdiyyəsinin Şulaver kəndində yerləşən 2 480 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 865 kv.m hissəsi və onun üzərindəki çoxillik bitkilər;

Marneuli bələdiyyəsinin Dəmyə-Gorarxı kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1110 kv.m hissəsi və üzərindəki çoxillik bitkilər;

Marneuli bələdiyyəsinin Araflı kəndi ərazisində 8094 kv.m kənd təsərrüfatı təyinatlı 2081 kv.m torpaq sahəsinin bir hissəsi və onun üzərindəki çoxillik bitkilər;

Marneuli bələdiyyəsi Şulaver kəndində 1250 kv.m torpaq sahəsi 227 kv. m torpaq hissəsi.

8 vətəndaş bu qərardan 1 ay müddətində Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasına şikayət verə bilər.

Xatırladaq ki, Avtomobil Yolları Departamenti Şərq-Qərb yolunun beynəlxalq əhəmiyyətli 4-cü investisiya layihəsinin Rustavi-Qırmızı Körpü və Rustavi-Sadaxlı avtomobil yollarının (Lot 3-4) tikintisi layihələrini həyata keçirir. Layihə 2019-cu il fevralın 19-da Gürcüstan və Avropa İnvestisiya Bankı arasında imzalanmış maliyyə sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.

Sözügedən layihə iki səviyyəli keçidlərlə dördzolaqlı avtomobil yolunun tikintisini nəzərdə tutur. Layihə Trans-Avropa Avtomobil Standartları, AASHTO və Avropa Standartları kimi tanınmış beynəlxalq standartlara uyğun tərtib edilmişdir.

Sonrakı yazı
Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb
Öncəki yazı
Uruqvayda keçirilən prezident seçkilərində Yamandu Orsi qalib gəlib